Ali Məhkəmənin əməkdaşları İnsan Hüquqları üzrə Avropa Məhkəməsində tədris səfərində olublar

post-img

Azərbaycan Respublikasının Ali Məhkəməsi Aparatının əməkdaşları Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Fransa Respublikasının Strasburq şəhərində İnsan Hüquqları üzrə Avropa Məhkəməsində tədris səfərində olublar.

Ali Məhkəmədən verilən məlumata görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Yüksək Məhkəmələr Şəbəkəsinin Tədris səfəri (“Visiting Professional Scheme”) layihəsi çərçivəsində əməkdaşlar müxtəlif mövzularda seminarlarda iştirak edib və fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndə heyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədr müavini və həmin məhkəmənin digər əməkdaşlarının məruzələrini dinləyib, məhkəmənin struktur bölmələrinin iş qaydası və məhkəmə işlərinin təşkili üsulları barədə məlumat əldə edib.

Xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında vahid məhkəmə təcrübəsi baxımdan əhəmiyyətli olan oxşar işlər üzrə əvvəllər qəbul olunmuş məhkəmə qərarlarına istinad edilməsi qaydaları öyrənilib, məruzəçilərlə və tədbir iştirakçısı olan Sloveniya Respublikasının Ali Məhkəməsinin və Latviya Respublikasının Konstitusiya Məhkəməsinin nümayəndə heyətləri ilə fikir mübadiləsi aparılıb.



Sosial həyat