ANAMA: Ötən həftə 611 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

post-img

Oktyabrın 16-dan 22-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 611,4 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.

Bu barədə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.

Məlumata əsasən, Tərtər, Ağdam, Laçın, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 147 piyada əleyhinə, 130 tank əleyhinə mina və 1067 partlamamış hərbi sursat aşkarlanıb.

Sosial həyat