Bakıda maraqlı tədbir: "Woman Bazaar3"

post-img

Bu gün "Passage1901" zalında "Woman Bazaar3" adlı maraqlı festival keçirildi. 

"Paşa Holding" tərəfindən dəstəklənən multidissiplinar festivalın əsas məqsədi valideynlərini itirmiş, əlil, məcburi köçkün, məişət zorakılığından əziyyət çəkən və onların cəmiyyətə reinteqrasiyasını sürətləndirən həssas qrupları təmsil edən qadınların davamlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətlərini dəstəkləmək, həmçinin mövcud fəaliyyətlərin davamlılığını təmin etmək üçün bilik və bacarıqları artırmaqla dəstəkləyici mexanizmlərin genişləndirilməsini təşviq etməkdir. 

“Woman Bazaar3” festivalında 14-40 yaş arası 80 qadın sahibkar öz əl işlərini, bədii əsərlərini və kulinariya bacarıqlarını nümayiş etdirirdi. Bu festival gənclərin xüsusi marağına səbəb oldu. 

Əlavə edək ki, festival həm də 11 oktyabr – Beynəlxalq Qız Uşaqları Gününə təsadüf edir. Festival çərçivəsində “Sterotipləri qıran qızlarımız” guşəsi təşkil olunmuşdu.

Elmira Şükürova

XQ



Sosial həyat