“Əl-Cəzirə”: Azərbaycan erməniləri Qarabağı tərk etməyə məcbur etmir

post-img

“Əl-Cəzirə”nin çəkiliş qrupu Azərbaycanın Qarabağ bölgəsində olub. Xankəndi şəhərində olan jurnalist Usamə ibn-Cavid öz hesabatında Azərbaycanın guya erməniləri Xankəndini tərk etməyə məcbur etməsi ilə bağlı ittihamları təkzib edib.

“Söhbət etdiyimiz hər kəs, o cümlədən BQXK əməkdaşları insanların faktiki olaraq evlərindən qovulması və ya Azərbaycan tərəfindən hər hansı zorakılıqla üzləşməsi hallarına rast gəlmədiklərini bildiriblər”, - deyə jurnalistin hesabatında qeyd olunur.

Əslində, Azərbaycan erməniləri nəinki Qarabağı tərk etməyə məcbur etmir, hətta onların ölkənin sosial, mədəni və iqtisadi strukturuna yenidən inteqrasiyası üçün hər cür səy göstərir.

Xankəndidə fəaliyyət göstərən Azərbaycanın Miqrasiya Xidmətinin əməkdaşları Ermənistan sakinlərinin Azərbaycan cəmiyyətinə davamlı reinteqrasiyasını təmin etmək üçün qeydiyyata alınma işlərinə başlayıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat