Moruq çox dərdlərin dərmanıdır

post-img

Son elmi araşdırmalar moruğun müxtəlif orqan və sistemlər üçün olan faydalarını növbəti dəfə təsdiqləyib. Moruğun tərkibində olan və ona spesifik, xoş qoxu verən maddə – “moruq ketonu” qaraciyər üçün faydalıdır, piylərin parçalanmasını, saçların uzanmasını sürətləndirir, dərini cavanlaşdırır. 

Moruq ketonu qaraciyərin böyüməsinin qarşısını alır, qanda şəkərin səviyyəsini və qanaxma riskini azaldır. Həm­çinin moruq ürəyin sağlamlığı və normal fəaliyyəti üçün va­cib olan kaliumla zəngindir. Tərkibindəki bol C vitamini damarların elastikliyini qoru­yur, onları möhkəmləndirir, trombların əmələgəlmə riskini azaldır. Giləmeyvənin tərki­bində mis, dəmir, fol turşusu çox olduğundan qanazlığın­dan əziyyət çəkənlərə kömək edir. Antosian maddələri ilə zəngin olan moruq görmə üçün də faydalıdır. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat