AFFA klubları cəzalandırıb

post-img

Premyer Liqanın VII turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallara görə AFFA İntizam Komitəsi klubları cəzalandırıb. 

“Sumqayıt”ın məşqçisi Müba­riz Orucov “Turan Tovuz”la görüşün 90+3-cü dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz et­diyinə görə birbaşa qırmızı vərəqə alıb, 1-i şərti olmaqla 2 oyunluq cə­zalandırılıb. Klubu 1500 manat cə­rimə ödəyəcək. Mütəxəssis isə 3 ay sınaqda olacaq. 

4 futbolçusu “Sabah”la səfər qarşılaşmasında sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib. “Sa­bah” isə Təcili Tibbi Yardım avtomo­bilinin görüşə təyin olunan vaxtdan gec gəldiyinə görə 1000 manat cə­rimə ödəyəcək. 

“Səbail” də 800 manat cərimə verməli olacaq. Buna komandanın “Araz-Naxçıvan”la oyunu başa çat­dıqdan sonra meydana kənar şəxsin girməsi səbəb olub. 

Leyla SABİRQIZI
XQ

İdman