Kiberidmançımız Avropa çempionu olub

post-img

Azərbaycan kiberidmançısı Həmid Mustafayev “Viennality 2k23” birinciliyində qalib olub. 

Avstriyanın paytaxtı Vyanada “Mortal Kombat 1” oyunu üzrə ke­çirilmiş yarışın final mərhələsində “MK_Azerbaijan” təxəllüsü ilə çıxış edən H. Mustafayev böyük britaniyalı rəqibi Aaron Deyvisi məğlub edərək ikinci dəfə Avropa çempionu adını qazanıb. 

“Cyber Athletics Azerbaijan” ko­mandasının üzvü olan Həmid Mus­tafayevin qələbəsini həm canlı, həm də internet vasitəsilə izləyənlərin sayı yüz minə yaxın olub. 

Leyla SABİRQIZI
XQ

İdman