Gədəbəyə də qar yağıb

post-img

Dünən günortadan başlayaraq Gədəbəy rayonunun mərkəzinə və dağ kəndlərinə qar yağıb. Bütün gün ərzində qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edib. 

Yeri gəlmişkən, Milli Hidrometeorologiya Xidmətindən ve­rilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasın­da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək. Ha­vanın temperaturu gecə 17-21° isti, gündüz 22-27° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya