Torpağı Vətən edən oğullar

post-img

Azərbaycan Hərb Tarixi Muzeyində 5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi ilə birgə Vətən müharibəsinin başlanmasının 3-cü ildönümünə həsr olunmuş “Vətən sizə oğul dedi!” adlı anım mərasimi keçirilib.

Toplantıda şəhid ailələri, I və II Vətən müharibəsi qaziləri, əsgər və zabitlərimiz, bir sıra idarə və təşkilat­ların nümayəndələri iştirak ediblər. 

Muzeyin rəisi Əzizağa Qəniza­də hərbçilərimizin şücaəti, canı, qanı bahasına 44 günlük savaşda qazanı­lan tarixi Zəfərin hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətli ol­duğunu bildirib. Qeyd edib ki, Vətən müharibəsində böyük qələbə heç də asanlıqla əldə olunmayıb. Torpaqları­mızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində bura­da güclü istehkamlar qurmuşdu. Azər­baycanın cəsur oğullarının şücaəti və fədakarlığı ilə düşmənin bütün sədləri darmadağın edildi, Vətən müharibə­sində tarixi Zəfər cəsur Azərbaycan oğullarının fədakarlığı, canı və qanı bahasına qazanıldı: “Azərbaycan Or­dusu Ermənistanın ordusunu məhv edərək, kapitulyasiya aktına imza atmağa məcbur etdi, tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisa­sı alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbay­can hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı”.

Şəhid Samir Xudiyevin atası Səməd Xudiyev, şəhid polkovnik-ley­tenant Xeyrulla İbrahimovun anası Xalidə İbrahimova, II Qarabağ savaşı­nın canlı şahidi – qazi Sənan Zeyna­lov və digər çıxış edənlər bildiriblər ki, xalqımız hər zaman 27 Sentyabr Anım Gününü böyük ehtiramla yad edəcək, şanlı Zəfər tariximizi yazan şəhidlə­rimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır. Şəhid adını qazanmış Azərbaycanın igid övladları xalqımı­zın qəhrəmanlıq tarixində əbədiyyətə qovuşublar. İllər keçsə belə,onların Vətəninə, xalqına, millətinə olan sev­gisi hər birimiz üçün örnək olacaq. 

L.QURBANOVA
XQ

Sosial həyat