Şəki Dövlət Regional Kollecində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və azərbaycançılıq ideologiyasının daha dərindən öyrənilməsi” mövzusunda seminar keçirilib.
Seminarda ŞREM-in ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri İradə Yusifova, Şəki Dövlət Regional Kollecinin metodisti Pərviz Zeynalov, ŞREM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinov və başqaları çıxış edərək Ümummilli liderin dövlətçilik ənənələrinin təməlində azərbaycançılıq məfkurəsinin dayandığını, milli ruhun yüksəldilməsi, milli özünüdərkin inkişaf etdirilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental siyasi məsələlərin milli ideologiyaya xidmət etdiyini vurğulayıblar.
XQ

