Göy üzü ulduz-ulduz

post-img

“Gör necə də bənzəyir

Ay gümüşə - gümüşə,

Ulduzlarla gözəldir

Göy həmişə - həmişə...

Hey səni düşünürəm

Ayrılıq limanında...

Sən mənim könlümdəsən,

Mən sənin gümanında...”

Bu gözəl poetik təbiət lövhəni tanınmış şair Həzi Həzənli yaradıb. Şeir onun “Duyğu dənizi” silsiləsin­dəndir. Sonra da “Facebook”da yer­ləşdirib. 

Qeyd etmək lazımdır ki, şair so­sial şəbəkələrdə çox fəaldır. Onun poetik və publisistik paylaşımlarında özünəməxsus, bənzərsiz bir estetik zövq duyulur. Həyatda və “Facebo­ok”da çoxdan dostluğumda olan Həzi Həsənlinin hər dəfə kövrək, səmimi duyğu və düşüncələrini oxuduqca, qeyri-ixtiyari olaraq fikrə dalır, dü­şünür və sevinirəm. Bu paylaşımlar mənə pozitiv əhval-ruhiyyə bəxş edir. 

 

Təqdim etdi:
M.HACIXANLI
XQ

Sosial həyat