Çətənə yağı da məlhəm imiş

post-img

Çətənə yağı çox faydalıdır və artıq qida əlavəsi kimi xarici ölkələrdə apteklərdə satılır. Rusiyalı həkim Mariya Muxina, xüsusən yaşlı adamlara çətənə yağından istifadənin çox faydalı olduğunu bildirib.

Həkim bununla bağlı açıqlamasında deyib ki, çətənə yağında olan doymamış turşular beyin neyronlarının sintezi, hormonal balans və qan damarları üçün vacibdir. Bu turşular zərərli xolesterini azaldır. 

Çətənədə xlorofil var ki, o da xərçəng əleyhinə təsir  edir.

Çətənə yağı daxilə qəbul edildiyi kimi, xaricə də istifadə edilir. O, saç, dəri, dırnaqları möhkəmlədir, psoriaz və neyrodermit kimi müalicəsi olmayan dəri xəstəliklərində faydalıdır.

Bu yağın yalnız soyuq sıxımı istifadə edilir. Yağı qızdırmaq, onunla yemək bişirmək olmaz.

Çətənə yağı hər gün qəbul edildikdə sinir sistemini tənzimləyir, immuniteti möhkəmlədir, damarları təmizləyir.

Həkim bildirib ki, daha çox 50 yaşdan yuxarı insanlar üçün belə tərkibdə yağlar vacibdir.

 

Z.HÜSEYNLİ
XQ

 

Sosial həyat