“Google” şirkəti 93 milyon dollar təzminat ödəyəcək

post-img

“Google” yerləşmə məxfiliyini pozduğuna görə Kaliforniya ştatına təzminat ödəyəcək. “Associated Press” yazıb ki, tərəflər arasındakı razılaşmaya əsasən, təzminatın dəyəri 93 milyon dollar təşkil edəcək.

Buna “Associated Press”in məqaləsi səbəb olub. Belə ki, “Google” şirkəti “məkan tarixçəsi” adlı funksiyanı deaktiv edərək izləmədən imtina etdikdən sonra belə, insanlar yer məlumatlarını izləməyə davam ediblər.

Baş prokuror Rob Bonta bildirib ki, “Google” şirkətinin kommersiya məqsədilə bunu etməsi qəbuledilməzdir və buna görə şirkət məsuliyyətə cəlb edilib. 

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat