Dövlət Komitəsinin sədri Ucarda vətəndaşları qəbul edəcək

post-img

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 19-da   Ucar, Kürdəmir, Göyçay və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcəkdir. Qəbul saat 11:00-da Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 153)  keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinə müraciət etmələri (Əlaqə vasitələri: (02021) 3-05-78, (050) 899 88 54, [email protected], [email protected]) xahiş olunur.

 

Sosial həyat