DOST-un “Ən tez” xidməti

post-img

Ədliyyə Nazirliyi tərəfindən yaradılan e-xidmət – Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“Ən tez”) xidməti 1 saylı Bakı DOST Mərkəzində də istifadəyə verilib.

Bu xidmət vasitəsilə vətəndaşlar notariat, vətəndaşlıq vəziyyəti aktları­nın dövlət qeydiyyatı, ailə məsələləri üzrə məhkəməyə müraciət, habelə tələbkar qismində bəzi məhkəmə qə­rarlarının icrası xidmətlərindən bəh­rələnə biləcəklər. 

Smart konsepsiya əsasında fəa­liyyət göstərən “Ən tez” xidmət sistemi biometrik eyniləşdirmə imkanına ma­lik olduğundan müraciət edən şəxsin hər hansı bir portalda qeydiyyatı və ya elektron imza sahibi olması tələb edil­məyəcək.

Bundan əvvəl 3 saylı Bakı DOST Mərkəzində və Heydər Əliyev Bey­nəlxalq Aeroportunda istifadəyə veril­miş “Ən tez” xidməti vətəndaşlara, o cümlədən səyahət etmək istəyənlərə yerindəcə müraciət etməklə məsafə­dən zəruri ədliyyə xidmətlərinin göstə­rilməsi imkanı yaradır.

Ədliyyə Nazirliyi tərəfindən “Ən tez” xidmətinin paytaxtla yanaşı, respub­likamızın digər bölgələrində, o cümlə­dən işğaldan azad edilmiş ərazilərdə, habelə ASAN xidmət mərkəzlərində və insanların daha çox müraciət etdikləri digər xidmət məkanlarında da istifa­dəyə verilməsi nəzərdə tutulur.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat