Peşə kursları – məşğulluğa qapı

post-img

Dövlət Məşğulluq Agentliyi bu ilin avqust ayında 1444 işsiz şəxsi əmək bazarının tələblərinə uyğun sənətlər üzrə peşə hazırlığı kurslarına cəlb edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən aldığımız məlumatda deyilir. 

Bildirilir ki, onlardan 500 nəfəri üçün agentliyin Bakı, Gəncə və Göyçay, 944 nəfəri üçün isə özəl tədris müəssisələ­rində peşə kursları təşkil olunub. Kurs­larda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilir. 

Qeyd olunur ki, kursları bitirənlə­rin yeni yiyələndikləri peşələr üzrə işlə təminatına dəstək verilməsi işləri də aparılır. Ötən ay peşə hazırlığı kursla­rı başa çatan 834 nəfərdən artıq 795 nəfəri (95,3 faizi) işlə təmin olunub.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat