FHN: Ötən sutka ərzində 43 halda yanğına çıxış olub

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 halda yanğına çıxış, iki halda köməksiz vəziyyətdə qalma və bir partlayışa çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində iki nəfər xilas edilib, partlayış zamanı iki nəfər yanıq xəsarəti alıb.

Sosial həyat