Sumqayıtda vətəndaşların ailə, qadın və uşaq problemləri ilə bağlı müraciətləri dinləniləcək

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 29-u saat 11:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək.

Bu barədə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, görüşdə Sumqayıt şəhəri və Qubadlı rayonun sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.

Sosial həyat