Müasir yaşayış kompleksi

post-img

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində 6,6 hektarlıq boş ərazidə 21 yaşayış binasından ibarət “Nakhchivan Residence”in – “Naxçıvan yaşayış kompleksi”nin inşası planlaşdırılıb. 

Bu barədə Naxçıvan Muxtar Res­publikası Dövlət Şəhərsalma və Arxi­tektura Komitəsindən məlumat verilib. Artıq təsdiq edilən layihə çərçivəsində 2, 3 və 4 otaqdan ibarət 5–9 mərtəbə­li binalarda 1100 mənzil inşa ediləcək. Binaların brinci mərtəbəsi qeyri-yaşayış sahəsi olacaq və əsasən xidmət sahələ­ri üçün nəzərdə tutulacaq. Kompleksdə yeraltı və yerüstü avtodayanacaq, uşaq meydançası, basketbol və voleybol meydançaları, yeraltı içməli su anbarları və digər yardımçı sahələr də istifadəyə veriləcək. 2023-cü ilin sonuna başlan­ması nəzərdə tutulan tikinti işlərində 700-dən artıq muxtar respublika sakini çalışacaq. 

Avropa texnologiyalarına uyğun di­zayn edilmiş, şəhərin ən əlverişli yerin­də və ictimai nəqliyyat yollarına yaxın yaşayış kompleksinin tikintisinin birinci mərhələsi 2 ilə, ikinci mərhələsi isə 4 ilə tamamlanacaq. 

“Xalq qəzeti”

Sosial həyat