Ukraynalı uşaqların reabilitasiyasına başlanıb

post-img

Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə avqustun 4-də ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən 30 ukraynalı uşaq mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunub.

Bakı şəhərindəki düşərgədə uşaq­lar üçün art-terapiya və peşəkar psixo­loq tərəfindən fərdi konsultasiyalar təşkil edilib. Daha sonra uşaqlar üçün Bakı şəhərinə qısa tanışlıq turu təşkil edilib. Onlar İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, həmçinin Qız Qalası ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı əldə ediblər.

Növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup terapiya­ları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixo-sosial təlimlər, in­gilis dili kursları, milli rəqslər, həmçinin digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Şamaxı, Qəbələ, Şəki şəhərlərinin ta­rixi və görməli yerləri ilə də tanış ola­caqlar.

SXA-nin mətbuat xidmətindən bildi­riblər ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emo­sional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat