Gündə dörd dəqiqədə xərçəng riskinizi necə azaltmaq olar?

post-img

Sidney Universitetinin alimləri müəyyən ediblər ki, gündə 4,5 dəqiqə güclü idman bəzi xərçəng növlərinin riskini 32% azalda bilər. Araşdırma JAMA Oncology jurnalında dərc olunub.

Təcrübədə bir həftə ərzində gündəlik aktivlik izləmə cihazları taxan və idman etməyən 22 398-dən çox insan iştirak edib. Xəstələrin orta yaşı 62 olub. Yeddi ildən sonra tədqiqatçılar müxtəlif fəaliyyət səviyyələri olan iştirakçılarda xərçəng xəstəliyinə tutulma hallarını qiymətləndiriblər.

Təhlil göstərib ki, gündəlik tapşırıqlar zamanı cəmi 4-5 dəqiqəlik güclü fiziki fəaliyyət xərçəngin ümumi riskini 18%, qeyri-kafi fəaliyyətlə əlaqəli xərçəng riskini isə 32% azaldır. Əvvəlki araşdırmalar göstərib ki, məşq etməyən yetkinlərdə döş, endometrium və kolon xərçəngi inkişaf riski artır.

"Xalq qəzeti"

Sosial həyat