Qazilərə pensiya təyinatı davam edir

post-img

Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4 minədək hərbi qulluqçuya əlillik təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasi­ya və kommunikasiya şöbəsindən aldı­ğımız məlumatda deyilir. 

Bildirilir ki, ilk mərhələdə həmin hər­bi qulluqçuların əyani müayinəsi keçi­rilməklə, müvafiq hərbi həkim komissi­yalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəs­sisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edildikdən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Re­abilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi həyata keçirilir.

Artıq bu kateqoriyadan olan 3967 hərbi qulluqçuya ölkəmizin ərazi bü­tövlüyünün müdafiəsi ilə əlaqədar əlil­lik təyin olunub. Bundan sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Pre­zidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat