DOST-un dostları üçün konsert

post-img

DOST İnklüziv İnkişaf və Yaradı­cılıq Mərkəzində keçirilən “İstedad sərhəd tanımır” adlı tədbirdə dövlət və hökumət rəsmiləri diplomatik nü­mayəndəliklərin, beynəlxalq təşkilatla­rın vəzifəli şəxsləri iştirak ediblər. 

Tədbir iştirakçıları mərkəzin təlim­çiləri və benefisiarlarının hazırladığı əl işlərindən ibarət sərgi, habelə burada yaradılmış şəraitlə – peşə-yaradıcılıq otaqları və studiyaları ilə tanış olub­lar. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğı­sı nəticəsində bu sahədə əldə olunan mühüm uğurları diqqətə çatdırıb. Bildi­rib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yara­dılan bu mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çox­şaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ən böyük inklüziv yaradıcı­lıq və inkişaf məkanıdır.

Mərkəzin sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, iste­dadlarının, digər bacarıqlarının ortaya çıxarılması və inkişafı, cəmiyyətə təq­dim olunmasında, onların sosial inteq­rasiyasında mühüm rola malik olduğu vurğulanıb.

Sonra mərkəzin təlimçiləri və bene­fisiarlarının iştirakı ilə DOST-un dostları üçün konsert proqramı təqdim olunub. İnklüziv ansamblın müşayiəti ilə keçi­rilən konsertdə dünya və Azərbaycan musiqisinin sevilən nömrələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat