İsmayıllıda "Media və din" adlı seminar təşkil olunub

post-img

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda bir sıra mətbuat nümayəndələri üçün "Media və din" adlı üçgünlük seminar təşkil olunub.

“Xalq qəzeti” xəbər verir ki, seminar 18-20 iyul tarixini əhatə edib.

Tədbir çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun, Fondun Himayəçilik Şurasının üzvü, "SƏS" Media qrupunun rəhbəri Bəhruz Quliyevin, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, ədəbi tənqidçi, yazar Əsəd Cahangirin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist Yadigar Məmmədlinin məruzələri dinlənilib, mətbuat nümayəndələrinin iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Bundan başqa, İsmayıllı rayonunda yerləşən bir sıra məkanlara ekskursiya və gəzinti təşkil olunub.

Anar ƏLİ,

“Xalq qəzeti”

Sosial həyat