Türkiyə Silahlı Qüvvələri tərəfindən 35 terrorçu zərərsizləşdirilib

post-img

Son bir həftədə İraq və Suriyanın şimalında aparılan hərbi əməliyyatlar zamanı Türk silahlı qüvvələri tərəfindən ümumilikdə 35 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri, dəniz piyada polkovniki Zeki Aktürk separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyatların qətiyyətlə davam etdiyini vurğulayıb.

Z.Aktürk "Terrorun mənbəyində məhv edilməsi strategiyası ilə son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 35 terrorçu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçuların sayı cari il 848-ə, 24 iyul 2015-ci ildən isə 38 min 191-ə çatıb", - deyib.

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya