Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

post-img

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. “Xalq qəzeti” xəbər verir ki, bu barədə  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən (DETX) məlumat verilib.

Məlumatda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslərin saxlanıldığı bildirilib.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

DETX-in məsul əməkdaşı Xaliq Mirzəyevin sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı, Xaçmaz, Siyəzən rayonları akvatoriyasından və Şəmkir su anbarından ümumilikdə 1190 metr uzunluğunda 16 ədəd sintetik tor yığışdırılıb.

Anar ƏLİ,

“Xalq qəzeti”

Sosial həyat