Ukrayna ABŞ-ın kasetli bombalarından istifadəyə başlayıb

post-img

Ukrayna hərbçiləri ABŞ-ın verdiyi kasetli bombaların istifadəsinə başlayıb. “Xalq qəzeti” xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat verib.

Məlumata görə, kasetli bombalar Ukraynanın cənub-şərqində Rusiya qoşunlarının yaxşı möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün istifadə edilib.

Qeyd edək ki, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) iyulun 7-də yeni yardım paketinin bir hissəsi olaraq Ukraynaya kasetli sursatların göndəriləcəyini açıqlayıb.

Ukrayna Silahlı Qüvvələrinin generalı Oleksandr Tarnavski deyib ki, ölkələri artıq ABŞ-dan kasetli sursatlar alıb. Onun sözlərinə görə, bu silahlar cəbhədəki vəziyyəti dəyişdirmək gücünə malikdir.

Xatırladaq ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. Konvensiya tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir.

123 ölkə sənədi ratifikasiya edib. Rusiya, ABŞ və Ukrayna bu siyahıya daxil deyil.

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya