Hazırda Günəşin səthində 7 ləkə qrupu və 126 ləkə müşahidə olunur. Günəş fəallığı nəticəsində II və IV tip radioemissiya, 29 iyunda II dərəcəli qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alınmışdır. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur. Günəş küləyi sürətlənmiş, maksimum sürət 646 km/san-a çatmışdır.
Kosmik hava durumu proqnoz günlərində (3-9 iyul) C sinif alışmanın baş vermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif isə 10 faiz təşkil edir.
“Xalq qəzeti”