Körpələrə – şirə, amma nə cürə?

post-img

Uşaqlar meyvə şirələrini çox sevirlər, amma valideynlər onlara gün ərzində nə qədər şirə verəcəyini bilmir. Bəziləri, hətta zərərli olacağını düşünüb şirəni qadağan edir. 

Pediatrların fikrincə, uşaqlara şirə qə­bulu normasını gözləməsək, onlarda ba­ğırsaq pozulması baş verə bilər. 

Şirələrdə kalori az deyil. Çox şirə içən uşaqlarda aşırı piylənmə də yaranır. Ona görə hazır şirə alarkən tərkibində konser­vant, yüksək şəkər olanları seçməyin. 

Körpələrə 6 ayından şirə vermək olar. Şirənin miqdarını hesablamaq çox sadə­dir. Uşağın yaşındakı ayların sayını 10-a vurmaq lazımdır. Yəni, 6 aylıq uşağa 60 ml, 7 aylığa 70 ml, 1 yaşlı uşağa 100 ml sutkalıq şirə normasıdır. 1–3 yaş arası uşaqlar 100–120 ml, 3–5 yaş arası 150–200 ml arası şirə ilə bilər. 

Amma 6 yaşdan 10 yaşa qədər uşaq­lara da gündə 200 ml miqdarı aşmaq ol­maz.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat