Növbəti 15 ailəyə Laçında evlərinin açarları təqdim olunub

post-img

Bu gün Laçına çatan növbəti 15 ailəyə Azərbaycan dövləti tərəfindən əsaslı təmir olunan evlərinin açarları təqdim edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məcburi köçkünlük həyatında Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksində məskunlaşan Laçın sakinləri indi öz doğma yurd yerlərində yeni, geniş və komfortlu evlərində yaşayacaqlar.

Daha da gözəlləşən və abadlaşan Laçın şəhər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla xatırlayıblar.





Sosial həyat