Şəhidin xatirəsi doğum günündə əbədiləşdirildi

post-img

          Şəmkirin Qaracəmirli kəndində Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şahbazov Şahbaz Mirzə oğlunun xatirəsi əbədiləşdirilib. 

          Açılış mərasimində rayonun rəhbərliyi, şəhid ailələri, qazilər, hərbçilər,  kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

          Tədbirdə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidə kompleksinin önünə gül dəstələri düzülüb. 

          Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli mövqeyindən, xalqımızın məğrurluğundan, yenilməzliyindən, igidlərimizin torpağa bağlılığı və Vətən sevgisindən danışıb.

          İcra hakimiyyətinin başçısı bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.

          Daha sonra şəhidin atası Mirzə Abbasov oğlunun keçdiyi döyüş yolundan danışıb, bu gün dövlətimizin şəhid ailələri və qazilərlə bağlı apardığı siyasətin şəhidlərimizə, Vətən müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirib.

 

               Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 

 







Sosial həyat