Gəncədə pediatriya problemləri müzakirə edilib

post-img

         TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının təşkilatçılığı ilə filarmoniyada “Heydər Əliyev ili” çərçivəsində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş pediatrik konfrans keçirilmişdir.

          Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. 

         Konfransı giriş sözü ilə açan Gəncə ŞBX-nin direktoru İlkin İsmayılov iştirakçıları salamlayaraq pediatriyanın müasir problemlərindən, müalicənin yeni üsul və metodlarından bəhs etmişdir. 

         Gəncədə fəaliyyət göstərən həkimlərlə yanaşı Bakıdan dəvət edilmiş mütəxəssislər də məruzələrlə çıxış etmişlər. 

         Konfrans ayrı-ayrı panellərdə öz işini davam etdirmişdir.

          ADHTİ-nin dosenti Nigar Hacıyeva, Perinatal Mərkəzin şöbə müdiri Zülfiyyə Yusifova, Cavadxan ASM-in şöbə müdiri Nurlana Zeynalova, Gəncə Beynəlxalq Xəstəxanasının otorinolarinqoloqu Aynur Hacıyeva,  Baku “Medikal Plaza”nın həkim-kardioloqu Günel Qafarlı, Mərkəzi Klinik Xəstəxanasının şöbə müdiri Anar Qurbanov, Gəncə Beynəlxalq Xəstəxanasının həkim-pediatrı Xəyalə Əhmədova, həkim-nevroloq Azadə İbrahimova, Z.Məmmədov adına xəstəxananın endokrinoloqu Nurlana Xəlilova müxtəlif maraqlı mövzularla çıxış etmişlər. 

         Qeyd edək ki, konfrans Gəncə Şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının dəstəyi ilə baş tutub.

 

                  Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 











Sosial həyat