Bakıda beynəlxalq onkoloji konfrans

post-img

Dünən İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universite­tinin Bakı filialı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Onkologiya dövrlərin başlanğı­cında” adlı beynəlxalq elmi-prak­tik konfrans keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olun­muş videofilm nümayiş etdirilib.

İ.M.Seçenov adına I Moskva Döv­lət Tibb Universitetinin Bakı filialının rektoru, Milli Onkologiya Mərkəzinin baş boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu, tibb elmləri doktoru, professor Əziz Əliyev konfransın əhə­miyyətindən danışıb.

Sonra Milli Onkologiya Mərkəzinin yaradılması ilə bağlı videoçarx nüma­yiş etdirilib.

Daha sonra professor Əziz Əliyev “Baş və boyun şişlərinin cərrahi müali­cəsinə müasir yanaşma” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda Azərbaycan Respub­likası Səhiyyə Nazirliyi Milli Onkologi­ya Mərkəzindən tibb elmləri namizədi Yusif Əliyarov, Cavid Qəribov, tibb elmləri namizədi Şəmistan Alıyev, tibb elmləri namizədi Elxan Kazımov, Əlöv­sət İsayev, tibb elmləri namizədi Günel Hacı və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M.Seçenov adına I Mos­kva Dövlət Tibb Universitetindən tibb elmləri doktoru, professor Əli Mudu­nov, Tümen Dövlət Tibb Universitetinin rektoru, professor İvan Petrov, Tümen Dövlət Tibb Universitetinin professoru Rasim Təmrazov, dosent Yelena Qay­sina, dosent Mariya Kuzmenko, dosent Anna Loqvinenko, Rusiya Elmlər Aka­demiyasının akademiki Andrey Vaje­nin, Rusiya Federasiyası Səhiyyə Na­zirliyinin N.N.Bloxin adına Onkologiya MTTM-dən Polad Kərimov, A.S.Logi­nov adına Moskva Klinik Elmi-Təcrü­bə Mərkəzindən tibb elmləri doktoru, professor Arif Allahverdiyev, “Lapino” Klinik Hospitalının Xərçəng Mərkəzin­dən tibb elmləri doktoru Qöncə Allah­verdiyeva, tibb elmləri namizədi Cən­nət Çekini, tibb elmləri namizədi Vadim Qruzdev və başqaları çıxış ediblər.

Sonda mövzular ətrafında müza­kirələr aparılıb.



Sosial həyat