ChatGPT chatbotunu idarə edən süni intellekt işəgötürəni razı salmaq üçün yalan danışa bilər.
Bu fikri Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinin professoru Ethan Mollik deyib.
Onun sözlərinə görə, süni intellekt (AI) insana bir sıra işlərdə, o cümlədən elektron məktubların yazılmasında kömək edə bilər. Lakin təcrübəçilərdə olduğu kimi, AI-nin də qənaətbəxş nəticələr əldə etməsi üçün insanlara ehtiyacı var: “Süni intellekt qüsursuz ola bilməz, insan ona kömək etməlidir”.
Professor onu da qeyd edib ki, tələbələrindən ChatGPT-dən istifadə etməyi tələb edir ki, onlar onun üstünlüyünü başa düşə bilsinlər.
L.AZAD, “Xalq qəzeti”