“Xarıbülbül” qədim diyara qonaq gəlib

post-img

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi şərəfinə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şuşa dağlarında bitən, öz varlığında ibrətli bir əfsanə yaşadan xarıbülbül gülünü ümummilli lideri xalqımıza bəxş etmiş qədim diyarda əkib-yaymağa başlayıb.

Nazirlikdən verilən məlumata görə, yubiley ərəfəsində muxtar res­publikanın florasını zənginləşdirmək məqsədilə gətirilən xarıbülbül bitkisi akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyində, Naxçıvan Bioresurslar İnstitutunda, Culfa rayo­nunun uyğun bölgələrində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Batabat yaylağında laboratoriya və sahə təcrübələrinə cəlb olunub.

Sınaq məqsədilə əkilmiş xarıbül­bül şitilləri daimi müşahidə altında saxlanılır, uğurlu bitiş üçün lazımi xidmət göstərilir.

“Xalq qəzeti”



Sosial həyat