“Heydər Əliyevin enerji strategiyası və Gürcüstan”

post-img

Dünən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlının Tbilisidə Azərbaycan və gürcü dillərində çapdan çıxmış “Heydər Əliyevin enerji strategiyası və Gürcüstan” kitabının təqdimatı keçirilib. Kitab Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qafqaz” Hüquq və İnformasiya Mərkəzinin layihəsi çərçivəsində nəşrə hazırlanıb. Əsəri gürcü dilinə Afayət Əliyeva tərcümə edib. 

Təqdimat mərasimində çıxış edən Kamran Ramazanlı bildirib ki, həm Azərbaycan, həm də gürcü icti­maiyyəti üçün nəzərdə tutulmuş kitab ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanıb. 

“Soydaş” sədri deyib: “2023-cü il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev ili” elan olunub. Ümummilli li­derin 100 illik yubileyi ilə bağlı biz də bir kitab hazırlamağı qərara aldıq. Ki­tabı Diasporla İş üzrə Dövlət Komitə­sinin dəstəyi ilə Tbilisidə həm Azər­baycan, həm də gürcü dillərində çap etdirdik. Bakıdan sonra mayın 6-da Bolnisi şəhərində də kitabın təqdi­matı keçiriləcək. Tədbirdə Gürcüstan rəsmiləri, parlamentin deputatları, Bolnisi rəhbərliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayən­dələri iştirak edəcəklər”.

P.BABAKƏRLİ, “Xalq qəzeti”

Sosial həyat