DOST-un dostları çoxalacaq

post-img

Hazırda Naxçıvan, Bərdə, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallıda da DOST mərkəzlərinin açılması üçün işlər davam etdirilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Nazir Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST Mərkəzi açıldığını, ötən dövrdə bu mərkəzlərdə 1,5 milyon vətəndaşa xidmət göstərildiyini qeyd edib. 

Birinci vitse-prezident Mehriban xanlm Əliyevanın təşəbbüsü olan DOST mərkəzlərində sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, müasir əsasda təq­dim edildiyi, vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib. DOST təcrü­bəsinin bu gün dünyanın qabaqcıl təc­rübələrindən biri kimi qəbul olunaraq 9 beynəlxalq mükafatla təltif edildiyi, hazırda bir çox ölkələrin bu təcrübəni tətbiq etməyə maraq göstərdiyi vurğu­lanıb.

Qeyd olunub ki, işğaldan azad edil­miş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi ötən ilin may ayında Zəngilan rayo­nunun Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi açılıb. Böyük Qayıdı­şa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən 2023–2026-cı illərdə Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qu­badlı, Kəlbəcər, Laçın, Şuşada DOST xidmətlərinin infrastrukturu qurulacaq.

İclasda nazirlik və qurumları tərə­findən birinci rübdə 516 min 133 vətən­daşın qəbul edildiyi diqqətə çatdırılıb. Həmin dövrdə yazılı və e-qaydada 108 min 704, habelə 142 Çağrı Mərkəzi va­sitəsilə 438 min 718, sosial şəbəkələrlə 35 min 68 vətəndaş müraciətinin ca­vablandırıldığı qeyd olunub. Eyni za­manda, DOST xidmətləri şəbəkəsinin bölgələrdə yaradılması, vətəndaşların müraciətlərinə baxılması, daxili nəzarət və audit, dövlət qulluğu, kadr məsələlə­ri, digər sahələrdə görülən işlər və qar­şıda duran vəzifələr müzakirə olunub. 

İclasın sonunda nazirlik tərəfin­dən göstərilən xidmətlərin hazırlanmış pasportlarına da baxılaraq, kollegiya tərəfindən təsdiqlənməsi, bir sıra Vahid Tarif–İxtisas Sorğu kitabçalarına dəyi­şiklik edilməsi qərara alınıb.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat