Minifutbol yığmamız turnirdə 3-cü yer uğrunda mübarizə aparacaq

post-img

Bakıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində Azərbaycan millisinin çıxışı davam edir. 

Yığmamız Fransa komandası üzə­rində 3:2 hesabla qələbə qazanaraq yarımfinala çıxsa da, bu mərhələdə çıxışı uğurlu alınmayıb. Millimiz Serbiya təmsilçilərinə 2:3 hesabla məğlub olub. Beləliklə, minifutbolçularımız turnirdə üçüncü yer uğrunda mübarizə apara­caqlar.

Qeyd edək ki, komandamız qrup mərhələsində Çexiya və Serbiya ilə heç-heçə edib, İtaliya və Gürcüstan yığmalarına qalib gəlib. 

Oyunlar Bakı Tennis Akademiya­sında keçirilir. Final matçı mayın 6-da olacaq.

İdman