Qazi ziyarət edilib

post-img

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev, baş məsləhətçi Seymur Hidayətov, həmçinin mətbuat işçiləri birinci Qarabağ müharibəsi veteranı, qazi, ikinci qrup əlil Ayaz Salahbanovu evində ziyarət ediblər. 

Səhhətində yaranmış problemlə əlaqədar Ayaz Salahbanov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət etdikdən sonra ürəyindən əməliyyat olunmasının vacibliyi bildirilib. O, İcbari Tibbi Sığortanın xətti ilə Gəncə şəhərin­də ürəyindən açıq əməliyyat olunduq­dan sonra evinə qayıdıb. Qazinin səh­həti, ehtiyacları, problem və qayğıları ilə maraqlanan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən Qarabağ müharibəsi şəhidlərinə, qazilərə, vete­ranlara daim diqqət və qayğı göstərilir. 2020-ci ildə 44 günlük Vətən mühari­bəsi zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə aparılan uğurlu döyüş əməliyyatları məhz bi­rinci Qarabağ müharibəsində şücaət göstərən Vətən övladlarının başladıqla­rı mübarizənin davamı oldu. Bu fəda­karlıq dövlətimizi qalib etdi. Döyüşlərdə şücaət göstərən, ölümdən qorxmayan, torpaqlarımızın qorunmasında, azad olunmasında xidmətləri olan hər bir vətən övladı xalqımızın sevgisini qaza­nıb. 

Qazi Ayaz Salahbanova cansağlığı arzulayan şəhər rəhbəri ona bundan sonra da yardım və qayğı göstəriləcə­yini diqqətə çatdırıb.

Söhbət əsnasında Qazi Ayaz Sa­lahbanov dövlətimizin başçısı tərəfin­dən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək deyib ki, yaşa­dığı bu mənzil ona məhz Prezidentimiz tərəfindən verilib. “Hər zaman diqqət və qayğı ilə əhatə olunuruq. Səhhətimdə yaranan problemlə əlaqədar həkimlə­rimizin şəfalı əlləri sayəsində aparılan uğurlu əməliyyat, tibb işçilərinin xüsusi qayğısı, o cümlədən göstərilən digər diqqət üçün çox razıyam. Xalqımıza, dövlətimizə əmin-amanlıq, inkişaf və tərəqqi arzulayıram. Allah yurdumuzu qorusun, xalqımızın birliyini daimi etsin ki, biz də Prezidentimizin ətrafında sıx birləşərək xoşbəxt ömür sürək”. 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat