Vətənini milli intibaha qovuşduran lider

post-img

Qax rayonunda Heydər Əliyev ili çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq 27 aprel 2023-cü il tarixdə rayonun Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilmişdir. 

Toplantıda millət vəkilləri, rayon və hüquq-mühafizə orqanlarının rəh­bərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbir iştirakçıları öncə ümummil­li lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini eh­tiramla yad ediblər. Azərbaycan Res­publikasının Dövlət Himninin səslən­məsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sü­kutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Qax ra­yon icra başçısı Musa Şəkiliyev Azər­baycanın çağdaş tarixinin milli intibah dövrünün müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. O, qeyd etdi ki, məhz ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Dahi rəhbər dövlətçiliyə hədsiz sə­daqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunə­si, ölkəmizin davamlı inkişafının uzu­nömürlüyünü təmin edən təkmil irs və siyasi məktəb miras qoymuşdur.

Toplantıda çıxış edən Milli Məclisin deputatları Etibar Əliyev, Azər Kərim­li, “Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov da Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbayca­nın öz milli-mənəvi dəyərlərini qoru­yaraq, üçüncü minilliyə inamla qədəm qoyduğunu vurğuladılar. 

Xüsusi olaraq qeyd olundu ki, ulu öndər Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək lider yetişdirmiş­dir. Cənab Prezident İlham Əliyev key­fiyyətcə yeni mərhələdə milli inkişaf pri­oritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndi­rilməsi yönümündə səfərbər etmişdir. 

Bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud olduğu regionda ha­disələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya bir­liyi tərəfindən qəbul olunur. Ölkəmiz gündən-günə güclənərək və inkişaf edərək yeni çağırışlara cavab vermək­lə mətin addımlarla irəliləyir.

“Xalq qəzeti”

Sosial həyat