Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı

post-img

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev Ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq aprelin 17-də Şərur rayonunda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

Konfransda Şərur, Kəngərli və Sədərək rayon prokurorluqla­rının əməkdaşları, hüquq-mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Şərur rayon prokuroru Xalid Ağayevin Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinə dair “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı” mövzu­sunda çıxışı dinlənilib.

Konfransda Kəngərli rayon prokuroru Talıb Məmmədov “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”, Sədərək rayon prokuroru Vahid Mustafayev “Azərbaycan gəncliyində ulu öndər Heydər Əliyevin rolu” və Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri Əmir Babayev “Ulu öndər Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzularında çıxış edib.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş Pro­kurorluğunun təşəbbüsü ilə hazırlanmış “Heydər Əliyev sal­naməsi – Qanun naminə” adlı filmə baxıblar.

Sosial həyat