Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Fuad Musayev İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev martın 3-də İsmayıllı rayonunda sakinləri qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 22-28 fevral tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Sosial həyat