Türkiyə XİN: Xocalı qurbanlarının ağrısı hələ də qəlbimizdədir

post-img

Bundan tam 33 il əvvəl Xocalıda qətlə yetirilən günahsız azərbaycanlı qardaşlarımızın əziz xatirəsini rəhmət və ehtiramla anır, Can Azərbaycanın acısını qəlbimizdə daşıyırıq.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı mətbuata açıqlamasında yer alıb.

“1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində günahsız mülki şəxslərə qarşı törədilmiş qətliamı lənətləyirik. Xocalıda qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlıların ağrısı hələ də qəlbimizdədir.

Xocalı qətliamında həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığımızı bir daha bildiririk”, - deyə Türkiyə XİN-in açıqlamasında qeyd edilib.

Siyasət