Rusiya XİN Bakıdakı “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi ilə bağlı rəsmi Moskvanın nota aldığını təsdiqləyib

post-img

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova rəsmi Moskvanın Bakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılmasına dair nota aldığını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, diplomat Rusiya tərəfinin “Rus Evi”nin qeydiyyatının başa çatdırılması üçün lazımi addımların atılmasına hazır olduğunu bəyan etdiyini bildirib.

“Azərbaycan diplomatik kanallar vasitəsilə Bakıdakı “Rus Evi”nin fəaliyyətinə xitam verilməsinə dair nota göndərib. Buna cavab olaraq Rusiya tərəfi Azərbaycan qanunvericiliyinə uyğun olaraq “Rus Evi”nin qeydiyyatının başa çatdırılması üçün lazımi addımların atılmasına hazır olduğunu bildirib. Bu addımlar informasiya-mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət şərtlərinə dair ikitərəfli hökumətlərarası saziş əsasında atılacaq”, - deyə diplomat söyləyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Siyasət