Hay nasizmi faşizmdən 30 il əvvəl yaranıb

post-img

Yaxud müasir erməni irqçiliyinin tarixi kökləri və özəllikləri

(əvvəli qəzetin 10, 12 yanvar saylarında)

Almaniyada yaradılmış erməni legionunun xaç simvollarından biri Garegin Njde olub. Onun vaxtilə dediyi “Almaniya üçün ölən Ermənistan üçün də ölür” fikri hələ yaddan çıxmayıb... 
Bu ideologiyanın yayılmasının Ermənistan üçün nə dərəcədə faydalı olması, yaxud gətirəcəyi fəsadlar tez-tez müzakirə olunur. Müasir hay nasizminin özündən əvvəlki irqçi düşüncədən fərqi onun müasir çağa uyğunlaşdırılmasıdır. Ənənəvi erməni irqçiliyinin erməni faşizmindən heç bir fərqi yoxdur. Sadəcə, bir qədər “müasirləşdirilib”. Özləri də etiraf edirlər ki, erməni şüurundakı "türk" sözü erməni düşüncə sisteminin “uğurudur”. Onlar bu söz ətrafında birləşirlər, bu sözlə bir araya gəlib mübarizə üsullarını seçir və fəaliyyətə keçirlər. “Erməni soyqırımı” adlı qondarma iddialar olmasaydı, erməni özünü dünyaya necə tanıdardı? Əslində, bu yalanı ona görə uydurublar ki, erməni toplumunu bir yerə yığa bilsinlər.
“Türk” sözü işlənilərkən onun haylarda doğurduğu assosiyasiya nifrət aşılayır. Haylar kiminsə hərəkətini pisləmək üçün “məgər sən türksən?” deyirlər. Türk burada aşağılanır... Bu ifadə erməni toplumu içərisində tez-tez istifadə edilir. Ermənilər, bir qayda olaraq, Ermənistanda, Azərbaycan və Türkiyədə  yaşayan soydaşlarımızın “türk” adlandırmışlar və hətta bu kəlməni bəzən təhqir anlamında işlətmişlər. 
Çoxlarımıza rast gəlinən bir ifadə var: “Yaxşı oğlansan, heyif ki, türksən?” Bu, erməninin bizə münasibətidir. Bu gün Ermənistan Respublikası deyilən ölkədə buranın qədim və yerli sakinlərinin – Türklərin  yaşamamasını bu millətin ideologiyasının mənfi nəticəsi kimi qəbul etmək lazımdır. Bu da bizə münasibətin  başqa bir təzahürüdür. Bu, azmış kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonların işğal edilməsinə haqq qazandırmaq üçün xaricə və daxilə hesablanan Türkiyə – Azərbaycan birliynə düşmənçilik təbliğ olunmaqdadır.  Və çox təəssüf ki, bu, bir qrupun, bir partiyanın deyil, rəsmi dövlətin ideologiyasıdır.
Müasir erməni irqçi düşüncəsi ənənəvi erməni nasist təlimlərin, müəyyən dövrdə formalaşmış ideoloji sistemin məhsuludur. İstənilən erməni belə hesab edir ki, o, soy və irqi mənsubluğuna görə başqasından fərqlidir. Bir çox erməni elm adamları da daxil olmaqla, erməni toplumu içərisində Artsruni, Garegin Njde, Raffi, Andranik, Silva Kaputikyan, Zori Balayanın və başqa erməni irqçi düşüncə sahiblərinin  ortaya atdıqları “erməni ari irqi”, “erməni ariliyi” ideyası tənqid olunmaq, onun sərsəm olduğu, başqa xalqlarla yanaşı, öz xalqına belə zərər verəcəyi qeyd olunmaq əvəzinə, böyük çoxluq tərəfindən dəstəklənməsi, əslində, erməni cəmiyyənin normal, bəşəri dəyərlərdən uzaq olmasının göstəricisidir. Yəni elmi dayaqlardan məhrum bütün  irqçi ideyalar eyni səbəbdən meydana çıxmışdır. Erməni türkoloq Tatul Hakopyan “Araratdan baxış. ermənilər və türklər” adlı kitabında “türk” toplumuna münasibəti belə ifadə edir: “...Osmanlılar üçün "türk" sözü milliyyətdən daha çox sosial mənalı idi və doğulduğu yerə bağlılıqdan başqa bir şey deyildi. Əsrlər boyu "türk" sözü etiket kimi istifadə olunurdu”. Yalnız biz deyil, başqaları da türkü aşağı təbəqələrin nümayəndələri adlandırı, onu  kəndçi sayırdılar”.
“Türklərə və azərbaycanlılara nifrətlə dolu olan erməni irqçiliyinin ifadə formaları fərqli olsa da, nifrət və aqressiya eynidir: “Harda türk görsən, öldür! O sənin bioloji varlığın üçün təhlükədir”. Bunu erməni milliyətçiliyinin əsasını qoymuş Artsruni XIX əsrin sonlarında yazıb.   
O gündən bu yana türklərə münasibətdə müsbətə doğru dəyişən bir şey varmı?  Dəyişən odur ki, erməni irqçi düşüncə “yerkramas.org” adlı Rusiya saytının başına Njdenin “Türklərə qarşı mübarizə bir gün belə dayanmamalıdır” – fikrini çıxarıb və sayt açılan kimi oxucular bu şüarla rastlaşırlar. Belə işlərə rəvac verilməsi nəticəsində erməni milliyətçiliyi ultramilliyətçiliyə, faşizmə qədər uzanıb, insanlıq üçün təhlükəli şəbəkələşmə halını alıb. 
Alman nasistləri kimi ermənilər də bütün insanlıq tarixini fərqli irqlərdən gələn insanlar arasında bioloji baxımdan təyin olunan bir mübarizənin tarixi kimi qiymətləndirmişlər. Nasistlər xəstələri genetik baxımdan üstün irqlərinin ortaya çıxan ləkələri kimi görür və onların çoxalmasının “Ari irqlərinə” qarşı bioloji təhdid olduğuna inanırdılar. Həm də bundan qorxur və onları öldürürdülər. Ermənilər də elədir. Onların irqçi ideyasını qəbul etməyən adamları ya fiziki cəhətdən aradan götürür, ya da cəmiyyətdən təcrid edirlər. “Sən ermənisənsə, bizim dediyimiz kimi olmalısan, bizim dediyimizi etməlisən” prinsipi ilə yanaşırlar. 
2016-cı ildə Qaregin Njdeyə heykəl qoyulması müasir hay irqçi düşüncənin “təntənəsi” idi. Ermənicə dərs kitablarının hamısında Njde ve onun  faşizmi təbliğ edən fikirləri verilir. Njde deyirdi ki,  “Faşizmin varlığı, hitlerizm  haqqında bir bilgi yox ikən bu ideologiyanı 1919-da Sünik dağlarında bizim David Bek qisasçıları yaşadırdılar”. Həmin dövrdə və sonrakı illərdə Njde daşnakların nəşr etdiyi “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris) kimi müxtəlif jurnal və qəzetlərdə fəal rol almışdı. Bütün yazılarının yeganə hədəfi türklər və Türkiyə, Azərbaycan, tək məqsədi isə xarici ölkələrə  dağılmış ermənilərdə türklərə qarşı genetik nifrət formalaşdırmaq idi. Bütün bunlar 1919-cu ilə aid ermənicə sənədlərdə yerv alır. Azərbaycan və Türkiyəyə, millətimizə genetik nifrət 9-cu siniflər üçün “Erməni tarixi” kitabında Njde tərəfindən belə təqdim olunur: “Kimlər üçünsə “hərbi cani”, bizim üçün isə Ermənistanın xilaskarıdır Garegin Njde...” Kitabın başqa bir yerində Njdenin bu fikirləri çatdırılır: “Kim Türkiyə ilə bərabərsə, o mənim millətimin və bizim tarixi ərazilərimizə sahib olma haqqımızın düşmənidir… Elə bir düşmən ki, onu heç Allah belə mənimlə barışdıra bilməz. Budur mənim siyasi davranış tərzim… ”
Ermənistanda nəşr olunan bütün dərs kitablarında belə irqçi düşüncə hakimdir. Bu  isə ayrı yazının mövzusudur. 

Qafar Çaxmaqlı, 
XQ-nin Türkiyə müxbiri

Siyasət