MARK ENDEVELD
(əvvəli qəzetin 17, 18, 20, 21 , 22, 24 , 25, 26 , 26 və 30 dekabr 2024-cü il, 11 yanvar 2025-ci il tarixli saylarında
Moris adasında Ukrayna oliqarxı ilə xüsusi missiyalar
Lüdovik Şaker və smael Emelien 2007-ci ilin əvvəllərində Kair şəhərində eyni evdə kirayə qalanda tanış olmuşdular. (Bax: Arian Şömən və Fransua Kruq “Benalla məsələsindən sonra Yeliseyin kölgədə olan adamları işıqlandılar”. Le Monde, 20 yanvar 2019) Elə ilk görüşdən onlar dostlaşırlar. kisi də çox iddialı, ikisi də eyni zövqə malik adamlardır. kisinin də gizli, müəmmalı, standart olmayan işlərə maraqları var. O vaxtlar Emmanuel Makronun gələcək xüsusi müşaviri smael Emelien Siyasi Elmlər nstitutunda keçirdiyi vaxtının bir hissəsini ərəb dilini öyrənməyə sərf edir. O, bütün bölgələri gəzir və hətta atasının elektrik avadanlıqları biznesinin bir şöbəsini də Suriyada açmaq üçün ora da səfər edir. Onun Qrenoblda yaşayan atası an-Paskal Emelien, həqiqətən də öz biznesi ilə Yaxın Şərqi fəth etmək istəyir. (Bax: Sofi de Dezert, “Prezidentin adamları: Makronu Yeliseyə gətirən dostlar”, Vanity Fair, dekabr 2017) Şaker isə Şanxaydakı fransız konsulluğuna yola düşür.
İki ildən sonra Emelien Bollore qrupuna aid olan rabitə və lobbiçilik agentliyi Havas şirkətində işə götürülür. ox tez bir zamanda Havasın rəhbəri Stefan Fuks ona çətin sənədlər etibar edir. Gənc Emelien tez-tez EDF-in prezidenti (EDF – Fransanın Elektriki) Henri Projliodan məsləhət almağa gedir. Məhz elə o zaman, bu adamla Emmanuel Makron ilk dəfə görüşüb tanış olurlar. 2009-cu ilin sentyabrında onların ikisi də siyasi məsləhətçi il Finşelşteynlə birlikdə an-ores Fondunun təşkil etdiyi “llik Tərəqqi Forumunda” iştirak etmək üçün iliyə səfər edirlər.
Qısa bir müddətdən sonra yenə də il Finşelşteynlə birlikdə Emelien Havas tərəfindən Moris adasına göndərilir ki, oranın Baş naziri Navin Ramqoolama ikinci dəfə Baş nazir seçilməkdə kömək etsinlər. Moris adası, həqiqətən də xüsusi bir ərazidir. Emelien orada əvvəllər 53 Havas şirkətində siyasi məsləhətçi kimi çalışan “Veolia” şirkətinin icraçı direktoru, uzun illərdən bəri Moris adasının Baş naziri Navin Ramqoolamın məsləhətçilərindən biri olan Loran Obadia ilə də tanış olur. Obadia siyasətlə kəşfiyyat arasında var-gəl edir. (Sarkozinin fantomu fəslinə bax) Bu adam həm də tez-tez Moris adasına gələn Aleksandr Djuri, eləcə də “cənab Şarp” ləqəbi ilə tanınan irlandiyalı iş adamı Toma Fransis Qleeson ilə yaxındır.
La Lett re A qəzeti xatırladır ki, (La Lett re A – Fransanın siyasi, ictimai, iqtisadi və mediatik yeniliklərindən xəbər verən gündəlik qəzet. 1978-ci ildə yaranıb. Hal-hazırda ancaq saytda çıxır) bu iki dost Moris adasında “Airbus” şirkəti ilə “Air Mauritius” aero kampaniyası arasındakı danışıqlarda birlikdə iştirak ediblər. (Bax: “Elfdən Airbusa qədər. Aleksandr Djurinin Londondakı sirli dostu kimdir ” La Lett re A, 19 mart 2018-ci il) Moris adasından sonra Havas artıq bərkdən-boşdan çıxmış smael Emelieni iki dəfə Venesuelaya göndərir ki, Nikola Maduronun prezident seçilməsinə çalışan yerli komandaya kömək əlini uzatsın. Bu adam Emmanuel Makrondan olduqca uzaq siyasətçidir... hələlik.
Amma Havas şirkətində smael Emelienin tərcümeyi-halında bir cümlə çatışmır. Stefan Fuks ilə birlikdə gənc məsləhətçi Ukraynanın “YES” (Yalta Avropa Strategiya Konfransı) forumunda da yaxından iştirak edib. Fransız rabitə agentliyi tərəfindən dəstəklənən “YES” forumunun məqsədi boru kəmərləri üzrə ixtisaslaşmış “nterpip” şirkətinin sahibi, ukraynalı oliqarx Viktor Pinçukun imicini yüksəltməkdir. Bu ukraynalı milyarder 2004-cü ildə Ukraynada “narıncı inqilab” nəticəsində hakimiyyətdən qovulan prezident Leonid Kuçmanın kürəkənidir. Qayınatası prezidentlikdən çıxandan sonra Pinçuk birmənalı şəkildə Qərb klanına yaxınlaşıb. O, Yaltadakı forumuna Dominik Stros-Kan, Toni Bleyer və Bill Klinton kimi siyasi xadimləri dəvət edib. Yeri gəlmişkən, keçmiş Ukrayna prezidentinin kürəkəni həm də Klinton Fondunu maliyyələşdirir. Pinçuk öz yaşında olan digər oliqarxlarla da dostluq edir: bankir Mixail Fridman və sveçrənin Zuq kantonunda məskən salan Viktor Vekselberq ilə. Onların hər ikisi keçmiş beynəlxalq trayder Mark Riş ilə yaxın əlaqədədirlər. Amma Pinçuk da nəhəng iş adamıdır, o Rusiyadan olan oliqarxları da yaxşı tanıyır, məsələn, adları Benalla ilə bağlı skandalda hallanan Fərhad Əhmədov və sgəndər Mahmudovu. Birincisi onun Fransada birbaşa qonşusudur, hər ikisi Aralıq dənizi sahilində yaxın Provans-Alp-Kot dAzür regionunun Alp-Maritim departamentində, Nis ilə Monakonun arasında yerləşən Sanan-Kap-Ferrat şəhərində villa alıb orada yaşayırlar. kincisi isə Kuzbassrazrezugol kömür şirkətinə nəzarət edir, bu şirkətə 2013-cü ildən Pinçuka mənsub olan nterpip şirkətinə rəhbərlik edən Ukraynalı iş adamı Oleq Rozenberq də sərmayə qoyub. Şərq oliqarxlarının dünyasında, Rusiya ilə Ukrayna arasındakı münaqişəyə baxmayaraq biznes davam edir. Yaxşı deyiblər, təki pulun olsun... pul olan yerdə düşmənçilik ikinci plana keçir.
Siyasi elmlər tramplini
Şaker ilə Emelien növbəti dəfə Siyasi Elmlər nstitutunun dəhlizlərində görüşəcəklər. ue-le-Tur şəhərciyindən birdəfəlik ayrıldıqdan sonra Şaker, 2011-ci ilin payızında Parisin San-Qiyyom küçəsində yerləşən Asiya, Afrika və Orta Şərq arasında münasibətlər məktəbində mübadilə və tərəfdaşlıq şöbəsinin rəhbəri təyin olunur. Onu bu işə götürməyə məktəbin direktoru Rişar Dezkuanq qərar verir. Bir neçə ay sonra direktor Nyu-York şəhərində qəfildən dünyasını dəyişir. Şaker internet bloqunda keçmiş məktəb direktorunu bu sözlərlə yad edir: “Rişar Dezkuanqun ... mənim karyerama çox böyük köməyi olub. O, ətrafına həmişə gəncləri yığardı. Yadımdadır ki, bir dəfə mənə dedi, Lüdovik, bax, əslində, sənin kimi insanlar prezidentliyə namizəd olmalıdırlar... mənim kimi insanlar da sizlərin məsləhətçisi olmalıdır...
Siyasi Elmlər İnstitutunda Lüdovik Şaker makroniyanın gələcək nomenklaturasının mərkəzində dayanır. Məsələ burasındadır ki, 2007-ci ildə bu məşhur institut Eduard Filipin mer olduğu Lö Havr şəhərində Asiya kampusu açıb. Gələcək Baş nazirin (Eduard Filip) həyat yoldaşı Edit abr da, o vaxt bu kampusun icraçı direktoru vəzifəsində çalışıb. Bundan əlavə, an-Pier uyer (Fransua Hollandın prezidentliyi zamanı Yelisey sarayının Baş katibi, eləcə də Emmanuel Makronun məsləhətçisi) Siyasi Elmlər nstitutunun idarə heyətinin nüfuzlu üzvlərindən biridir. Rişar Dezkuanqun gözü gənc Makronu çoxdan tutmuşdu, 2000-ci illərin əvvəllərində, Makron bu institutda sadə bir tələbə olanda, ona “metod konfransını” istiqamətləndirməyi tapşırmışdı... Məktəbin keçmiş tədqiqat direktoru, sonradan Montayn nstitutunun baş direktoru keçən Loran Biqorn da Makrona yaxın adamdır. Göründüyü kimi, San-Qiyyom küçəsində yerləşən məktəbdəki şəbəkələr bir çox başqaları kimi Emmanuel Makronun yüksəlişində böyük rol oynayıblar.
Şaker tezliklə Siyasi Elmlər İnstitutundan üz çevirir. Rişar Dezkuanq tərəfindən Asiya, Afrika və Orta Şərq arasında münasibətlər məktəbində, mübadilə və tərəfdaşlıq şöbəsinin rəhbəri təyin olunandan sonra Lüdovik Şaker, bütün diqqətini deputat seçkiləri kampaniyasına verir. Özü də kimin namizədliyini irəli sürsə, yaxşıdır Özünün!.. Fransanın Şanxaydakı konsulluğunun keçmiş missiya icraçısı 2012-ci ilin iyununda 11-ci seçki dairəsində xaricdəki fransızları – keçmiş SSR-də, Asiya və Okeaniyada yaşan həmvətənlərini – ona səs verməyə çağırır. Sonra Siyasi Elmlər nstitutunda başına on-on beş tələbə yığıb seçkilərə hazırlaşır. Onun bir neçə yaxın dostu da köməyə gəlir... Hətta smael Emelien da onun bəzi iclaslarında iştirak edir. Lüdovik Şaker 2012-ci ilin əvvəlində, bir neçə ay ərzində 11-ci seçki dairəsinə daxil olan ölkələrə, xüsusilə də Rusiyaya səfər edib orada yaşayan fransızlarla görüşür. “Onun kampaniyasında ancaq onun özünü o ərazilərdə tanıtdırmaq üçün çalışılırdı”, – deyə onun keçmiş könüllü məsləhətçilərindən biri bizə etiraf etdi. Düzdür, seçkilərdə Lüdovik Şaker cəmi-cümlətanı 1,99 faiz səs yığdı və onun kampaniya sertifikatı ictimai mühasibat tərəfindən təsdiqlənmədiyinə görə Konstitusiya Şurası tərəfindən cəzalansa da, bu macəra zamanı, o, gələcək millət vəkili, Fransa-Rusiya strategiyası assosiasiyasının prezidenti Terri Mariani ilə tanış oldu.
(ardı var)