Prezident İlham Əliyevin mesajları rəsmi Parisi düşündürməlidir!
“Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi”.
Bu fikirləri Prezident lham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Fransanın COP29 pozuculuğuna münasibət bildirərkən səsləndirib. Dövlətimizin başçısı Parisin anti-Azərbaycan fəaliyyətinə dair bir sıra digər məqamlara da toxunub. Bu qeydlərimizdə həmin məqamların üzərində dayanacağıq.
Əminliklə deyə bilərik ki, COP29-u boykot etmək, nüfuzlu tədbirə evsahibliyinin fonunda ləkələyici mövqe tutmaq rəsmi Parisin Bakıya qarşı son illərdəki yarıtmaz fəaliyyətinin kulminasiya anı idi. Bu yarıtmazlığa ötən 4 ildəki anti-Azərbaycan xəttin pik həddi də demək mümkündür. Hər şey isə 2020-ci ildən başlamışdı. Dövlətimizin başçısının bildirdiyi kimi, Fransa hakim zümrəsinin rəhbərləri həmin ildəki Qələbəmizi özlərinin məğlubiyyəti sayırdılar.
Prezident İlham Əliyev əbəs yerə vurğulamır ki, fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminindədir. Bu, həqiqətən belədir. Başqa sözlə desək, ermənipərəstlik Fransa düşüncə tərzinin iliyinə işləyib. Sadəcə, müharibəyədək mövcud meyil, bir növ, pərdələnmiş halda idi. Ancaq Azərbaycanın Zəfəri bütün maskaları yırtdı.
Bəri başdan ümumiləşdirmə apararaq deyə bilərik ki, Prezident lham Əliyevin Fransa ilə əlaqədar açıqladığı məqamlarda həm ölkənin ənənəvi ermənipərəstlik xəttinin göstəriciləri, həm bilavasitə Emmanuel Makron administrasiyasının tutduğu yolun ayrı-ayrı xoşagəlməz xüsusiyyətləri, həm də Parisin anti-Azərbaycan fəaliyyətinin nəticəsizliyinin fransız dairələri tərəfindən başa düşülməsi gerçəkliyi əksini tapır. Əvvəlcə, birinci məqamdan söz açaq.
Dövlətimizin başçısı vurğulayıb ki, Fransada hakimiyyətə can atan istənilən qüvvə ermənilərin xoşuna gəlmək, erməni lobbi və diaspor təşkilatlarının rəğbətini qazanmaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır. ndiyədək də belə olub. Ancaq heç bir qüvvə Makron iqtidarı kimi siyasi əxlaqdan və etikadan uzaq davranmayıb. Baxmayaraq ki, 44 günlük müharibə tamam başqa hadisə idi və maskaların yırtılması üçün müəyyən mənada əsas yaranmışdı, hər bir halda, ermənipərəstlik naminə haqqında söz açdığımız siyasi etikanı ikinci plana atmağa dəyməzdi. Rasional davranmaq, sadə bir suala cavab tapmaq lazım idi: Məgər Fransa erməni amili olmadan keçinə bilməz Özünü demokratiya, mütərəqqi dəyərlər beşiyi sayan ölkə sözgügedən amildən bu qədərmi asılı hala düşüb Düşübsə və bizim diqqətdən qaçırdığımız hansısa böyük bir səbəb varsa, o zaman Fransanın durumu həqiqətən çox rəzil və miskindir. mid edək ki, belə deyil. Hətta bir qədər pozitiv olaraq, heç də hər şeyin itirilmədiyini düşünək.
***
İkinci məqama keçid alaq. Bildirdiyimiz kimi, Makron administrasiyası ölkəsində son otuz ilin ermənipərəstlik yarışının lideridir. Amma jurnalist Mark Endeveldin Fransa prezidenti barədə qələmə aldığı “Böyük manipulyator” kitabına nəzər salanda adamda belə təsəvvür yaranır ki, Makron siyasi ambisiyaları naminə, necə deyərlər, hər kəsi keçi qiymətinə satmaq potensialına malikdir. Bu şəxs üçün məqsədinə çatmaq yolunda heç bir müqəddəs dəyər yoxdur. Yəni, bütün dəyərləri tapdalamağa hazırdır. Müvafiq olaraq, belə nəticəyə gəlirik ki, o, erməni amilinə yalnız alət kimi yanaşır.
Qətiyyətlə söyləmək mümkündür ki, idarəçilik baxımından səriştəsizliyi ilə seçilən Makronu Fransanın, fransız xalqının rifahı maraqlandırmır. Maraqlandırsaydı, dövlət başçılığının öz “əyninə biçilmədiyini” dərk edərdi. Dərk etmir, çünki avantüristdir və nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmağı düşünür. O, “erməni kartına” siyasi sərmayə yatıraraq, Cənubi Qafqaz coğrafiyasında məkrli oyun quruculuğuna girişir.
Makron dünyanın anti-Rusiya köklənişini görür və bu köklənişin regionumuzdakı seqmentini aktiv saxlamağa çalışır ki, dünyada rəğbət formalaşdırsın. Axı özünü başqa cür təsdiqləmək imkanından məhrum duruma düşmüş siyasi qısırdır.
Jurnalist Endeveld də kitabında həmin qısırlığın müxtəlif təzahürlərindən söz açır, təsdiqləyir ki, daxildəki uğursuzluqlarını xaricdə sığortalamağa çalışan Makron ermənipərəstliyi pik həddə çatdırır. Bu cəhət onu Fransanın son otuz illik tarixindəki ən uğursuz liderə çevirir.
***
Haqqında söz açdığımız üçüncü məqama keçid alaraq Prezident lham Əliyevin müsahibədə səsləndirdiyi aşağıdakı fikirlərə diqqət yetirək: “Mən prinsipcə heç vaxt danışmadığımız bir məsələni də çatdırmaq istəyirəm, zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: “Biz hazırıq”. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür. Hər dəfə hansısa bir mərhələ olur, sonra yenidən boşluq, sükunət yaranır.
Bu yaxınlarda belə bir növbəti, verbal diplomatik depeşa daxil oldu: yenə danışmaq və müzakirə aparmaqla bağlı. Yenə də biz hazırıq, bizim onlarla bölüşə bilməyəcəyimiz heç nə yoxdur, onlara qarşı, necə deyərlər, bu ölkəyə münasibətdə heç bir iddiamız yoxdur. Əsas odur ki, bizə toxunmasınlar, bizim işlərimizə qarışmasınlar, Cənubi Qafqazla bağlı məsələlərə müdaxilə etməsinlər. Bu, artıq bizim dəqiq səsləndirdiyimiz tələbdir. ünki hazırkı fransız hakimiyyətinin müdaxilə etdiyi hər yerdə, birincisi, rüsvayçı şəkildə uğursuzluq baş verir, ikincisi, onlar yalnız intriqa gətirirlər. Yalnız intriqa. Afrikadan danışmağın mənası yoxdur, necə deyərlər, hər şey göz qabağındadır. Cənubi Qafqazda da vəziyyət eynidir”.
Hazırda Ermənistan parlamentinin müzakirəsinə ölkənin Avropa ttifaqına qoşulmasına hesablanmış qanun layihəsi çıxarılıb. Əlbəttə, Paşinyan iqtidarı bu layihəni Azərbaycanla sülhdən yayınmağın sipəri qismində görür. Makron isə düşünür ki, rəvanın yanında dayansın və Ermənistanı beynəlxalq ictimai rəyə Avropa ailəsinin üzvü kimi sırısın. Bu yolla özünü dünyaya Cənubi Qafqazı Rusiyadan qoparan “qladiator obrazı”nda tanıtmaq niyyətindədir. O zaman düşünək: Fransanın Azərbaycanla vəziyyəti düzəltmək yönümlü ötəri təşəbbüsləri müsbət nəticə verərmi Təbii ki, yox!
***
Buradan bir nəticə hasil olur. Azərbaycan erməni amilini tam sıradan çıxarmalıdır ki, Fransa ölkəmizlə normal münasibətlərə qayıda bilsin. ünki ermənipərəstlik pataloji xəstəlikdir. Necə ki, faşizmin Ermənistandakı kökü kəsilməlidir, Fransadakı ermənipərəstlik də eyni aqibəti yaşamalıdır. Bunun isə yalnız güc yolu var. Yəni, erməni iqtidarı ağ bayraq qaldırıb Azərbaycanın sülh şərtlərini qəbul etməklə razılaşacağı təqdirdə, Makron da eyni addımı atacaq. Necə deyərlər, ilan ulduz görməsə ölməz.
Ancaq onu da deyək ki, Azərbaycan hakimiyyəti Fransa ilə münasibətləri ölkənin ermənipərəstlik ritorikasından kənar tutur. Doğrudur, mövcud istiqamətdə də qırmızı cizgi var və Prezident lham Əliyev müsahibəsində yaxın tarixə ekskurs edərək, həmin cizgi barədə Parisin məlumatlandırıldığını diqqətə çatdırıb: “44 günlük müharibə zamanı xatırlamıram ki, neçə dəfə – altı və ya yeddi dəfə azadlıq mübarizəmizi dayandırmaq cəhdləri ilə bağlı Fransa prezidentindən mənə zənglər daxil olurdu. Sonra təhdid cəhdləri, “Dağlıq Qarabağ”ı tanımaqla bağlı təhdidlər. Münasibətlərimizin artıq ən aşağı səviyyəyə düşdüyü indiki məqamda bu barədə deyə bilərəm, amma mən cavab verdim ki, 2020-ci ilin noyabrından sonra qondarma “Dağlıq Qarabağ”ı tanıyan istənilən ölkə bizdən diplomatik münasibətlərin kəsilməsinə dair nota alacaq. Mənim cavabım məhz bundan ibarət idi. Qondarma “Dağlıq Qarabağ”ın tanınması mövzusu dərhal gündəlikdən çıxdı. Onlar, necə deyərlər, başqa yolla getdilər, senat, parlament üzərindən tanıdılar, sonra uzun müddət özlərinə bəraət qazandırdılar ki, hakimiyyətin bununla heç bir əlaqəsi yoxdur”.
***
Bəli, Azərbaycan hakimiyyəti qırmızı cizgini gözləməklə, Fransa ilə münasibətləri ölkənin “erməni sevdasından” ayrı tutur. Bu səbəbdən hazırda fransız şirkətləri ölkəmizdə sərbəst şəkildə fəaliyyətlərini davam etdirirlər. Məsələyə dövlətimizin başçısının münasibəti belədir ki, öhdəliklərinə hörmətlə yanaşan rəsmi Bakı siyasi problemləri şirkətlərin fəaliyyətinə aid etmir və etməyib. “Burada işləyən fransız şirkətləri günahkar deyillər ki, onların belə bir hakimiyyəti var”, – deyən dövlətimizin başçısının alicənablıq nümunəsi göstərdiyiaşkardır və bunu dəyərləndirmək lazımdır.
Onu da nəzərə almaq lazımdır ki, Prezident Əliyev fikirlərini Azərbaycan – Fransa münasibətlərinin hazırkı gərgin durumundan daha pis şəklə düşməsinə dair sualı cavablandırarkən çatdırır və özünün də vurğuladığı kimi, “daha çox mətləbləri” açır. Hesab edirik ki, bu mövqe Paris üçün mesaj olmalıdır. Fransa da ABŞ kimi, Azərbaycana yanaşmasını özünün Ermənistanla əlaqələri kontekstindən çıxarmağı bacarmalı, mövcud istiqamətdə qətiyyət nümayiş etdirməlidir. Həm Fransa, həm Birləşmiş Ştatlar, bütövlükdə kollektiv Qərb Azərbaycanın işlərinə qarışmamalı, Cənubi Qafqazı rahat buraxmalıdırlar. Ona görə rahat buraxmalıdırlar ki, mövcud coğrafiyada öncül mövqeyə sahib ölkəmizin məqsədi regionda dayanıqlı sülh və əmin-amanlıq mühitini formalaşdırmaqdır. O mühiti ki, yaranması nəticəsində təəssübünü çəkdikləri Ermənistanın götürəcəyi fayda ölkəyə Qərbin avantürizmində iştirak nəticəsində gələcək mənfəətdən daha çoxdur və realdır, illüziya mahiyyətindən uzaqdır. Görəsən, Qərb, o cümlədən Fransa həqiqətən Ermənistanın qayğısına qalmaq fikrindədir Bunu da rəsmi rəvan düşünsün. Əgər düşünmək qabiliyyətini tam itirməyibsə...
Ə.CAHANGİROĞLU
XQ