Yaxud hayların etnik natamamlıq kompleksinin siyasi xarakteristikası
Pis vərdişlərdən qurtulmaq elə də asan məsələ deyil. Ortada yüzillərlə formalaşmış, bu səbəbdən xroniki xəstəlik həddinə çatmış adətdən əl çəkmək məsələsi varsa, iş daha da qəlizləşir. Həmin vərdişlər kompleksini aradan qaldırmaqdan ötrü tibb elminin üsulları kara gəlmir. Burada hər şeyin izahını verməyə qadir elementar məntiqin özü də gücsüzdür. Xüsusilə siyasi məntiqdən uzaq, səbəb-nəticə əlaqələrinin pozulduğu “qeyri-səlis” mülahizələr əndazəyə sığmır.
Yəqin mövzumuzun ünvanını təxmin etdiniz. Bəli, söhbət dilindən bir söz çıxarıb, ürəyində ikinci sözü tutan, ağlında isə üçüncünü saxlayan erməni xislətindən gedir. Əgər gələcəkdə sosioloqlara yalana, riyakarlığa aid parlaq nümunələr lazım olarsa, onlar bu axtarışı XIX, XX və XXI əsrlərin yaddaşında qalmış hay qövmünün əməllərində araşdırmalı olacaqlar. “…Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstü açıldıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri haray-həşir salmırlar. Həm də özgə xalqdan olan səfeh, yaxud satılmış admları da hay-küy qoparmağa məcbur edirlər”. Erməni xislətinə yaxından bələd olan rus tədqiqatçısı Vasili Veliçko bu sözləri “Qafqaz” əsərində yazıb.
Hayların beyinlərində, sanki, yalan kərpiclərindən hörülmüş “piramidalar” ucalır. Bütün müstəvilərdə, hər fürsətdə yalan danışmaq, ehtirasları coşdurmaq, Femidanın gözlərini pərdələmək və Azərbaycanı Ermənistan üzərinə “böyük hücuma hazırlaşmaqda” ittiham etmək. Rəsmi İrəvanın və ona “ideoloji hazırlıq kursları” keçən “kollektiv Qərb”in menyusunda belə “taktiki hücum metodları” kifayət qədərdir. Ermənistanı özünün Cənubi Qafqazdakı “maşasına” çevirən haypərəst-xaçpərəst düşərgə “fəaliyyət planı”na uyğun şəkildə, vaxtaşırı Paşinyanı bu metodlarla silahlandırır. Misal üçün, keçən ilin yayında Paşinyanın növbəti dəfə “yazıq və əzabkeş” obrazına girərək Azərbaycana qarşı böhtanlar səsləndirməyə, dünyanın “fağır ermənilərə” yazığı gəlməsini təmin etməyə yönəlik cəhdlərini unutmamışıq. Bu, onun imkanından yararlandığı ilk və sonuncu tribuna, yaxud istinad nöqtəsi deyildi.
Hayastan baş nazirinin siyasi oyunbazlıqlarını Birinci Qarabağ savaşından əvvəl, 2020-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən panel müzakirələrin gedişində də müşahidə etmişik. Ondan üç il sonra keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda və bu kimi digər beynəlxalq tədbirlərdə onun “taktiki gedişlərinin” əyani şahidi olmuşuq. Həmin konfransların hər birində Azərbaycan Prezidenti İlham Əliyev Nikol Paşinyanın tutarlı cavabını verərək onu yerində otuzdurdu.
2024-cü ilin mayında Moskvada Avrasiya İqtisadi İttifaqının toplantısında hayların baş naziri yenə öz ampluasındaydı və sərsəm erməni fantaziyalarına uyğun şəkildə özlərinə xəyali problemlər yaratmaqla məşğul idi. Nikol Paşinyan altı ölkənin liderindən utanıb-çəkinmədən, Aİİ-nin zirvə görüşünə fəxri qonaq kimi dəvət edilmiş İlham Əliyevin öz çıxışında, guya, Hayastana qarşı ərazi iddiası səsləndirdiyi barədə yalanı dövriyyəyə buraxmağa çalışdı. Onun bu yalan və cəfəng ittihamına Prezident İlham Əliyev soyuqqanlıqla və tutarlı şəkildə cavab verdi: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır”.
Bəzən hayların baş nazirinin reallıqla üst-üstə düşən, sağlam məntiqlə ayaqlaşdığı təəssüratını yaradan açıqlamalar versə də, az sonra onun əvvəlki sözünü və mövqeyini təkzib edən “qeyri-səlis” mülahizələrini eşitməli olmuşuq. Belə məqamlarda Nikol Paşinyanın təkcə auditoriyanı deyil, hətta özünü də çaş-baş saldığını, naqolay pozalarda qaldığını az müşahidə etməmişik.
O, bir yandan Tavuşda sərhədin delimitasiyasının Azərbaycanla yeni müharibənin qarşısını ala biləcəyi barədə nikbin siyasi proqnoz səsləndirir, digər tərəfdən amma bunun münaqişənin alovlanmayacağına zəmanət verməyəcəyini ərz edir: “Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır. Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi üçün əsas amildir. Mən buna 2022-ci ildə əmin oldum. Başa düşdüm ki, sərhədlərin müəyyənləşdirilməsi yaxın, orta və uzun müddətli perspektivdə təhlükəsizliyimiz üçün həlledicidir. 2022-ci ildən sonra siyasi-psixoloji proses başladı. Bunu real və tarixi Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi prosesi adlandırmaq olar”.
***
Görünən odur ki, İrəvan indi daha çox Bakı ilə münasibətləri normallaşdırmaq haqqında deyil, Qərbdən hər cür ianələrlə yanaşı, həm də atacağı növbəti addımlarının xeyir-duasını almaq barədə düşünür. Ermənistan hakimiyyəti bundan ötrü Azərbaycanla müəyyən səviyyədə qarşıdurma “nümayiş etdirməyin” vacibliyini də unutmur. Onun üçün belə qarşıdurma fonunu Rusiya amili üzərində yaratmaq çətin deyil. Qərbin gözündə həmin “mübarizə meydanına” Moskvadan savayı Bakını da daxil etməklə daha çox siyasi dividend əldə etməyə çalışır. Paşinyanın gah xaricdəki tərəfdaşlarına, gah da daxili auditoriya üçün nəzərdə tutduğu çağırışları məhz belə qeyri-mütənasib diplomatik davranışlarının nəticəsi sayılmalıdır. Paşinyanın xaricə ünvanladığı çağırışlarının sırasına “Azərbaycanın hərbi ritorika ilə müşayiət olunan təcavüzkar siyasəti”, “Ermənistanın suveren ərazilərinin işğalına hazırlaşması”, “dəyəri on milyon dollarla ölçülən silahlar əldə etməsi” və bu kimi yalan və şantajçı bəyanatları daxildir. Sanki, Azərbaycan 30 il ərzində Ermənistan ərazisinin 20 faizini işğal altında saxlayıb. Yəqin bu zaman, o, üz tutduğu auditoriyanın elementar məntiqi unudacağına ümid bəsləyir. Yəni, özünü inandırır ki, onu eşidənlərdə 44 günlük müharibənin Azərbaycanda deyil, Ermənistan ərazisində aparıldığı təsəvvürü yaranacaq. Bunu hay baş nazirin “qeyri-səlis” məntiqinin zirvəsi saymaq lazımdır.
İkinci Qarabağ müharibəsi zamanı dinc Azərbaycan şəhərlərinə raket və artilleriya zərbələri endirən, yüzlərlə qoca, qadın və uşağın ölümünə səbəb olan da Ermənistan yox, Afrikanın hansısa ölkəsi imiş. Xankəndidəki separatçı xunta rejimini də rəsmi İrəvan deyil, BMT maliyyələşdirirmiş. Elə Qarabağı minalarla zibilləyən də okeanın o tayındakılar olub.
Aydın görünən odur ki, rəsmi İrəvan aşkar olanları təkzib etməklə məşğuldur. Haylar, sadəcə, reallığı və həqiqəti təkzib etməklə kifayətlənmir, həm də başqlarına məxsus olanı özünküləşdirməyə cürət edirlər. Musiqimizə, mətbəximizə göz dikən, müxtəlif əsərlərimizi öz adlarına çıxmaq üçün tarixi saxtalaşdıran, özlərindən əfsanələr uyduran, işi-peşəsi yalan istehsal etməkdən qeyri bir şey olmayan ermənilərin belə addımlarına artıq təəccüblənmirik.
Bu da özlərinə “böyük bacı” seçdikləri fransalı səyyah qraf De-Şölyenin yüz il əvvəl haylara verdiyi zəmanət-xarakteristika: “Mən onlarla (ermənilərlə -red.) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir”.
***
Milli natamamlıq kompleksindən qurtula bilməyən Paşinyanın Vətən müharibəsindən sonra Cənubi Qafqazda normallaşma, sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların daha çox intensivləşdiyi, ard-arda Azərbaycan və Hayastan liderlərinin, o cümlədən xarici işlər nazirlərinin üçtərəfli görüşlərinin təşkil edildiyi bu dövrdə də ikibaşlı, diplomatik baxımdan anlaşılmaz davranışları nəzərdən yayınmayıb. Onun sülh danışıqlarının gündəliyinə daxil olmayan, iqtisadi sahəyə aid olan tədbirlərdə Azərbaycana qarşı siyasi avantüra nümunəsi sayılan bəyanatlar verməsi hayların xislətinə aid riyakarlıq damarından irəli gəlir. Digər tərəfdən də Paşinyanın bir siyasi fiqur kimi savadsızlığından, diplomat səriştəsizliyindəndir. Əgər sonda üzləşəcəyi aqibəti əvvəlcədən proqnozlaşdırmağı bacarsaydı, özünü heç vaxt mötəbər platformalarda gülünc vəziyyətdə görmək istəməzdi... Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində maraqlı şərh verdi: “Yəni incidilmiş tərəf kimi mövqe tutmaq həm rahat, həm də münasibdir. Amma bu mövqe həm insan üçün, həm də ölkə üçün çox zərərlidir. Necə deyərlər, yazığı gəlmək siyasi xadimlərin arsenalında heç də ən yaxşı vasitə deyil. Xüsusən də, indi qəbul edilmiş təbirlə desək, bütün bunlar feyk olduğu halda”.
İmran BƏDİRXANLI
XQ