Sen Martin adasına azadlıq!

post-img

Dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

“Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi – bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərli, parlamentin üzvləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edəcək.

Konfransda Fransa və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen Martin xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunacaq.

Qeyd edək ki, Sen Martin adası müstəmləkəçilik dövründə və ondan sonrakı müddətdə özünəməxsus xüsusiyyətləri ilə digər müstəmləkələrdən fərqlənir. Sen Martin adası həm Fransa, həm də Niderland tərəfindən müstəmləkə edilib və 1648-ci ildən bəri bu iki dövlət arasında bölünüb. Adanın Fransız hissəsi Sen-Martin, Niderland hissəsi isə Sint Maarten adlanır.

XQ

Siyasət