Azərbaycanın Baş naziri Minskdə “Qələbə” abidəsini ziyarət edib

post-img

Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti oktyabrın 3-də Minsk şəhərindəki “Qələbə” abidəsini ziyarət edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Əli Əsədov abidənin önünə əklil qoyub.

Sonra Azərbaycanın və Belarusun Dövlət himnləri səsləndirilib.





Siyasət